Ukrayna yeni PUA-lardan istifadə etməyə başladı
Dünya
06.12.2024 19:00
Ukrayna hakimiyyəti döyüşlərdə 700 km-dən çox məsafədəki hədəfləri vura bilən yeni yerli istehsal olan “Peklo” pilotsuz uçuş aparatından istifadə etdiyini iddia edir.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Zelenski “Telegram” kanalında yazıb:
“Artıq döyüşdə istifadəsini sübut edən Ukrayna silahları bu gün müdafiə qüvvələrimizə təhvil verilib. Saatda 700 km sürətlə uçur. Hazırda yeni növ döyüş başlıqları hazırlanır".
Başqa xüsusiyyətlər təqdim edilməsə də, PUA-nı öz sinfində birinci olan yeni silah növü olduğu bildirilib.
Töhfə Səməd
tag: Ukrayna,PUA ,Müdafiə,Uçuş ,Todaypress.az,