Ukrayna yalnız bir halda Aİ-yə üzv ola bilər
Dünya
14.01.2025 19:08
"Ukrayna yalnız Türkiyədən sonra Avropa İttifaqına (Aİ) üzv ola bilər".
TodayPress xəbər verir ki, bunu Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Siyasi Elmlər kafedrasının dosenti Aleksandr Konkov deyib.
Belə ki, keçmiş hökumət başçısı Viktor Çernomırdinin sözlərini xatırladan politoloq Ukraynanın Aİ-yə daxil olması ehtimalını şərh edib.
“Burada, məncə, Çernomırdindən məşhur sitat çox faydalı olacaq. Ukraynanın Aİ-yə üzv ola biləcəyi ilə bağlı suala o, “Bəli, ancaq Türkiyədən sonra” cavabını verib. Əslində, Aİ-yə üzv olmağa namizəd ölkələrin siyahısı sadəcə genişlənir və heç bir irəliləyiş əldə olunmur” deyə Konkov qeyd edib.
Töhfə Səməd
tag: Ukrayna ,Türkiyə,Avropa İttifaqı,Rusiya ,Aleksandr Konkov ,todaypress.az,