Ukrayna XİN: "Müttəfiqlərimiz təslim olmamalıdırlar"

Dünya

15.09.2024 16:50

“Rusiya prezidenti Vladimir Putinin hədələrinin heç bir təsiri yoxdur. Ukraynanın müttəfiqləri onlara təslim olmamalıdırlar”.

TodayPress xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X”da yazıb. 

“Putinin təhdidləri işə yaramır, buna bənzər ritorikası son illər dəfələrlə təkrarlanıb” deyə Sibiqa qeyd edib.

XİN rəhbərinin sözlərinə görə, Rusiyanın təhdidlərinə cavab olaraq müttəfiqlər Ukraynaya dəstəyi gücləndirməli, silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmalı, Ukraynanın iqtisadi və enerji sabitliyini gücləndirməlidir.

"Qorxu və gecikmə ölüm və böhran deməkdir. Sülhü bərpa etmək üçün bizə qorxu yox, cəsarət lazımdır" Sibiqa əlavə edib.

Günəş Mərd 

tag: Ukrayna,XİN,Sibiqa,Rusiya,Todaypress.az,