Ukrayna XİN: "Kreml enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Dünya

21.09.2024 16:30

1855

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə hücumlar etməyə hazırlaşır.

TodayPress xəbər verir ki, bu barədə Andrey Sibiqa “X” platformasındakı paylaşımında bildirib.

“Bu obyektlərin zədələnməsi qlobal nəticələrə səbəb olan nüvə qəzası riskini artıracaq. Xüsusi xidmətlərimiz bu məlumatları tərəfdaşlarımıza ötürüb, eləcə də Beynəlxalq Enerji Agentliyinə məlumat verilib” deyə o, paylaşımında bildirib.

tag: Kreml,Ukrayna, Andrey Sibiqa ,Xarici İşlər Naziri, Enerji Agentliyi, todaypress.az,