Ukrayna XİN İsveçrəni tənqid etdi
Dünya
29.09.2024 12:49
Ukrayna Xarici İşlər Nazirliyi İsveçrənin Çin-Braziliya "sülh təşəbbüsünü" dəstəkləməsini tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Bəyanatda qeyd olunub ki, İsveçrənin qərarının məntiqini anlaya bilmirlər, çünki ilk “sülh sammiti” məhz bu ölkə ilə təşkil olunub və məhz İsveçrə Zelenskinin “sülh formulu”nun konkret məqamları üzrə tematik konfranslarda iştirak edir.
"Biz İsveçrə Konfederasiyasını və beynəlxalq hüququ və BMT Nizamnaməsini dəstəkləyən bütün ölkələri Ukrayna üçün hərtərəfli, ədalətli və davamlı sülhün əldə edilməsi prosesini çətinləşdirə biləcək qondarma sülh təşəbbüslərində iştirakdan çəkinməyə çağırırıq. Rusiya Ukraynanın suverenliyi və əraziləri hesabına gərginliyin azaldılmasını təklif edir. Bu, Ukrayna tərəfindən dəstəklənə bilməz” Xarici İşlər Nazirliyi yekunlaşdırıb.
Qeyd edək ki, bundan öncə İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Nikolay Beloya Çin və Braziliyanın “sülh təşəbbüsünü” dəstəklədiyini bildirib.
Günəş Mərd
tag: Çin ,Braziliya,Ukrayna XİN,Sülh planı,Todaypress.az,