Ukrayna XİN: “Ərazi güzəştləri olmayacaq”
Dünya
20.11.2024 13:10
“Ukrayna sülh müqaviləsinin imzalanması naminə öz ərazilərindən güzəştə getməyəcək”.
TodayPress Polşa mətbuatına istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bunu ABŞ Konqresində deyib.
Onun sözlərinə görə, sülh müqabilində torpaq üzərindən aparılan razılaşmalar Rusiyanı növbəti aqressiv hərəkətlərə sövq edəcək və Ukraynaya sabitlik gətirməyəcək.
O, bir daha Ukraynanın ərazi güzəştlərinə getməsinin mümkünsüzlüyünü xatırladıb.
Günəş Mərd
tag: Ukrayna,Sülh,ABŞ,Polşa,Andrey Sibiqa,todaypress.az,