Ukrayna XİN başçısının istefası təsdiqləndi
Dünya
05.09.2024 13:47
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vəzifəsindən azad edilib.
TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Bildirilib ki, Ukrayna Ali Radası Kulebanın istefasını təsdiqləyib.
Qeyd edək ki, o, Ali Radanın iclasına qatılmayıb. Sabiq nazirin Ukraynanın NATO-ya üzvlük məsələsi ilə məşğul olacağı bildirilib.
Töhfə Səməd
tag: Ukrayna, XİN, Dmitri Kuleba, Ali Rada, NATO,todaypress.az,