Ukrayna Xerson vilayətinin xəstəxanasına dronla hücum etdi

Dünya

31.12.2024 04:11

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində yerləşən Aleşki mərkəzi rayon xəstəxanasına hücum edib.

TodayPress xəbər verir ki, bu barədə regionun rəhbəri Vladimir Saldo bildirib.

"Kiyev  dövləti Aleşki Mərkəzi Rayon xəstəxanasına hücum edib. NATO-nun pilotsuz təyyarəsinin operatoru birbaşa baş həkimin kabinetinə pilotsuz təyyarə göndərib. Hücum nəticəsində baş həkimin tibb işləri üzrə müavini, yerli Vasili Borisovi öldürülüb” məlumatda qeyd olunub.

Saldonun sözlərinə görə, bu, artıq əraziyə ikinci cəhddir. İlk cəhd sentyabrın 23-də, pilotsuz təyyarə ilə hücum edərkən edilib. 

Aynur TAC

 

tag: Xerson, Ukrayna, Rusiya, Dron, NATO, todaypress.az,