Ukrayna Volqoqrada PUA hücumu etdi

Dünya

22.08.2024 10:39

1347

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Volqoqrad vilayəti ərazisinə pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib.

TodayPress “TASS”a istinadən xəbər verir ki, PUA-nın düşməsi nəticəsində yanğın baş verib.

PUA-nın Müdafiə Nazirliyinə məxsus obyektin ərazisinə düşdüyü vurğulanıb.

Hücum səbəbindən vilayət aeroportunda təyyarələrin uçuşuna və enişinə məhdudiyyətlər qoyulub.

tag: Rusiya, Hava Hücumu, PUA , Müdafiə Nazirliyi, Təyyarələr, todaypress.az,