Ukrayna vətəndaşlarını Livandan təxliyə edir
Dünya
04.08.2024 02:00
“Ukrayna Livanın təhlükəli bölgələrindən
vətəndaşlarını təxliyə edir. Artıq 30 nəfər - 21 qadın və 9 uşaq təxliyə
edilib”.
TodayPress xəbər
verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Prezidentin sözlərinə görə, təxliyə
Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər
Nazirliyi tərəfindən təşkil olunub. Zelenski vurğulayıb ki, ukraynalılar
dünyanın hansısa bir yerində təhlükə ilə qarşılaşarsa onlar vətənlərinə təxliyə
edilirlər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə,
təxliyə edilənlər Polşadadır. Onları Ukrayna konsulları və Baş Kəşfiyyat İdarəsinin
nümayəndələri qarşılayıblar.
tag: Ukrayna, Təxliyə, Livan, Zelenski, todaypress.az,