Ukrayna və Xorvatiya əməkdaşlıq müqaviləsi imzaladı

Dünya

09.10.2024 18:20

Ukrayna prezidenti Volodimir Zelenski və Xorvatiyanın Baş naziri Andrey Plenkoviç uzunmüddətli əməkdaşlıq və dəstək haqqında saziş imzalayıblar. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi məlumat yayıb.

“Bu razılaşma ilə Xorvatiya müharibədə davam edənədək Ukraynanı dəstəkləmək öhdəliyini daha da gücləndirir” bəyanatda deyilir. 

Saziş ilə ölkələrin hərbi sənaye kompleksi (HİK) sahəsində bundan sonra da əməkdaşlıq edəcəyi dəqiqləşdirilib.   

Söhbət həm də Ukraynada birgə müdafiə sistemlərinin istehsalı və layihələrin lokallaşdırılmasından gedir.     

Günəş Mərd

tag: Ukrayna,Zelenski,Xorvatiya,Andrey Plenkoviç,HİK,todaypress.az,