Ukrayna və Türkiyə XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər
Dünya
04.01.2025 18:05
Ukrayna xarici işlər naziri Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla Suriya və Yaxın Şərqdəki vəziyyəti telefonla müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "X"də yazıb.
"Həmkarım və dostum Hakan Fidanla bugünkü görüşümüzdə ikitərəfli gündəliyi, cəbhədəki vəziyyəti, Qara dənizdəki təhlükəsizlik məsələlərini, Suriya və Yaxın Şərqdəki durumu müzakirə etdik. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün koordinasiyalı səylər barədə razılığa gəldik" məlumatda qeyd olunub.
tag: Ukrayna, Türkiyə, XİN ,Tərəfdaşlıq ,todaypress.az,