Ukrayna və Niderland XİN başçıları arasında telefon danışı baş tutdu
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa niderlandlı həmkarı Kaspar Veldkampa zəng edərək cəbhədəki vəziyyəti, eləcə də danışıqlara hazırlığı müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna diplomatik departamentinin mətbuat xidməti "Telegram"da məlumat yayıb.
"Kaspar Veldkampı döyüş meydanındakı hazırkı vəziyyət və sülh səyləri barədə məlumatlandırdıq. Biz gələcək təmaslar və səylər barədə razılığa gəldik və NATO-nun Haaqada keçiriləcək sammitini müzakirə etdik" deyə bildirilib.
O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda keçiriləcək danışıqlara qatılmaqdan imtina edərsə, Avropanı Moskvaya güclü təzyiq göstərməyə çağıracaq.
Töhfə Səməd
tag: Ukrayna,Andrey Sibiqa,XİN,Kaspar Veldkampa,NATO,todaypress.az,