Ukrayna və Moldova Aİ üzv olur? – Rəsmi danışıqlara başlanıldı

Dünya

25.06.2024 14:19

Avropa İttifaqı (Aİ) Ukrayna və Moldova ilə təşkilata daxil olması ilə bağlı danışıqlara rəsmən başlayıb.

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Moldova və Ukraynanı üzvlük danışıqlarının başlaması münasibətilə təbrik edirəm. Bu, Ukrayna, Moldova xalqları və bütün Avropa İttifaqı üçün çox yaxşı xəbərdir. Qarşıdakı yol çətin, lakin imkanlarla zəngin olacaq” deyə o vurğulayıb.

tag: Ukrayna, Moldova, Rəsmi Danışıq, X Sosial Şəbəkəsi, todaypress.az,