Ukrayna və Britaniya nazirlərinin görüşü başladı

Dünya

23.04.2025 14:45

5

Londonda Ukrayna və Böyük Britaniyanın xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə yüksək səviyyəli görüş başlayıb.   

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Görüşdə əsas müzakirə mövzuları uzunmüddətli sülh və təhlükəsizlik məsələləridir.   

Ukrayna nümayəndə heyətinə prezident Aparatının rəhbəri Andrey Yermak, onun birinci müavini Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov rəhbərlik edir.

Onlar Britaniyada xarici işlər naziri Devid Lemmi və müdafiə naziri Con Gilli ilə danışıqlar aparırlar. 

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bu danışıqların əsas məqsədi atəşkəsə nail olmaqdır. 

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio bu görüşdə iştirakdan imtina edib. Onun bu qərarı Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsi ilə bağlı olub. 

Türkan İsgəndərli

tag: Ukrayna,Britaniya,Baş Nazirlər,Görüş,Todaypress.az,