Ukrayna və Böyük Britaniya 100 illik tərəfdaşlıq haqqında saziş imzaladı

Dünya

16.01.2025 19:55

Ukrayna prezidenti Voldimir Zelenski və Böyük Britaniyanın baş naziri Kir Starmer iki dövlət arasında yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıblar. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram”da bildirib.

“Biz yeni səviyyəyə çatmışıq, bu, strateji tərəfdaşlıqdan daha çox şeydir. Biz yüz illik ortaqlıq haqqında saziş imzaladıq” deyə Zelenski yazıb.  

Qeyd olunur ki, sənədin məqsədlərindən biri Kiyev və London arasında müdafiə sektorunda əməkdaşlığı inkişaf etdirməkdir. Üstəlik, saziş Böyük Britaniyadan Ukraynaya hərbi yardımın davam etdirilməsini nəzərdə tutur. 

Günəş Mərd

tag: Zelenski ,ABŞ ,Ukrayna ,Tərəfdaşlıq, Saziş ,todaypress.az,