Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı oldu
Ukrayna Prezidenti
Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıb. Telefon danışığı
bu gün baş tutub.
TodayPress xəbər
verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin məlumat yayıb.
Litvin bildirib
ki, Ukrayna və Amerika liderləri arasında söhbət yerli vaxtla saat 19:40
radələrində başa çatıb. Onun sözlərinə görə, siyasətçilər bir saata yaxın
danışıblar.
Xatırladaq ki,
bu gün ABŞ Prezidenti Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putinlə
danışıqlar apardığı barədə məlumat da yayılmışdı. Kremlin sözçüsü Dmitri Peskov
təsdiqləyib ki, Tramp və Putin arasında təxminən bir saat yarım davam edən
telefon danışığı olub.
tag: Ukrayna, Zelenski, Tramp, Dmitri, Rusiya, ABŞ, todaypress.az,