Ukrayna üzrə növbəti konfrans keçiriləcək
“Ukrayna üzrə ikinci konfransın vaxtı və yeri hələ ki, məlum deyil”.
TodayPress xəbər verir ki, bu barədə rəsmi Ankaradan məlumat yayılıb.
Bildirilib ki, hər şey müzakirə mərhələsindədir.
Bundan əvvəl, Ukrayna prezidenti Volodimir Zelenski ikinci sülh konfransının keçirilməsi üçün münasib hesab etdiyi yerin adını açıqlamışdı.
Zelenskinin sözlərinə görə, Yeni Dehli birinci konfransın kommünikesini imzalamağa razılıq verərsə, sammit Hindistanda baş tuta bilər.
Töhfə Səməd
tag: Ukrayna, Zelenski,Sülh, Konfrans, Dehli,todaypress.az,