Ukrayna üzrə ikinci sülh konfransının perspektivləri qiymətləndirildi

Dünya

14.09.2024 12:16

“Ukrayna üzrə ikinci sülh konfransının uğur əldə edəcəyinə və münaqişəyə son qoyacağına ümid yoxdur, lakin Rusiya danışıqlara və məsələni müzakirə etməyə hazırdır”. 

TodayPress xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Karaqanov deyib. 

“Biz sammitdə iştirak etməliyik, danışmağa hazırıq. Aydın məsələdir ki, problem Ukraynada deyil. Problem Qərbin qalıq ekspansiyasındadır” deyə tədqiqatçı bildirib.

Karaqanov vurğulayıb ki, Ukraynadakı münaqişəyə tezliklə son qoyulması Rusiyanın marağındadır. Onun sözlərinə görə, yaxın vaxtlarda daha bir neçə silahlı toqquşma baş verəcək, ona görə də mövcud vəziyyətin təcili həll edilməsi vacibdir.

Töhfə Səməd

tag: Sammit ,Ukrayna, Qərb, Rusiya, Sergey Karaqanov ,Sülh, todaypress.az,