Ukrayna Trampın qələbəsindən narahatdır
Dünya
07.11.2024 00:19
Ukrayna
ABŞ seçkilərində Trampın qələbəsindən narahatdır.
TodayPress xəbər verir ki, bu barədə
Fransanın “Le Monde” nəşri yazır .
Bildirilib ki, Tramp prezidentliyə ən gözlənilməz
namizəddir. Onun qələbəsi naməlumluğa sıçrayışdır.
“Əgər
Demokratlar Partiyasının namizədi Kamala Harrisin uğuru Vaşinqtonun Kiyevə dəstəyində
bir növ davamlılıq təmin edərdisə, o zaman Donald Trampın qələbəsi gələcək faciədən xəbər verir” məlumatda qeyd edilib.
Bundan
əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Trampı seçkilərdə qələbəsi
münasibətilə təbrik edib.
O,
həmçinin bildirib ki, Kiyevə əlavə ikitərəfli dəstək gözləyir.
Aynur TAC
tag: Ukrayna, ABŞ, Tramp, Harris, Seçki, todaypress.az,