Ukrayna təhlükəsizlik konfransının gündəmi oldu
Dünya
30.08.2024 16:43
Ukraynaya dəstək məsələsi Praqada öz işinə başlayan beynəlxalq təhlükəsizlik konfransının əsas mövzularından birinə çevrilib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Forumun açılış mərasimində çıxış edən Çex Respublikası Prezidenti Petr Pavel bildirib ki, ədalətli sülhə nail olmaq üçün biz Ukraynanı dəstəkləməyə davam etməliyik və hələdə Rusiyanın imkanlarını sarsıdacaq sanksiyaların effektivliyini artıra bilərik.
Çex liderinin sözlərinə görə, Ukraynadakı vəziyyət iki il əvvəlkindən çox fərqlidir, lakin münaqişənin nəticəsini proqnozlaşdırmaq çətindir.
Pavel hesab edir ki, bu fonda Çinin beynəlxalq mövqeyi güclənir. Çex prezidentinin fikrincə, Pekin Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün Moskvaya təsir göstərə bilər.
Töhfə Səməd
tag: Çex, Prezident, Petr Pavel, Ukrayna, Pekin, todaypress.az,