Ukrayna təhlükəsizlik ilə bağlı daha 3 saziş imzalayacaq - Zelenski
Dünya
14.07.2024 14:31
“Ukrayna üç ölkə ilə təhlükəsizlik zəmanətləri ilə bağlı yeni sazişlər imzalamağı planlaşdırır. Onlardan ikisi üzərində artıq iş aparılır”.
TodayPress “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin məlumat verib.
Onun sözlərinə görə, son günlər Ukrayna Polşa, Lüksemburq və Rumıniya ilə təhlükəsizlik zəmanətləri haqqında sazişlər imzalayıb.
"İndi isə komanda yeni sənədlər üzərində işləyir - Çexiya, Sloveniya ilə razılaşmalar olacaq və İrlandiyanın Baş naziri ilə görüşdən sonra biz də saziş hazırlamaq qərarına gəldik" deyə Zelenski bildirib.
Xatırladaq ki, bundan öncə Ukrayna prezidenti Volodimir Zelenski Varşavaya səfəri zamanı Polşa ilə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamışdı.
Sənəd, xüsusilə Ukrayna üzərində Rusiya raket və pilotsuz təyyarələrinin Polşa tərəfindən məhv edilməsini nəzərdə tutur.
Günəş Mərd
tag: Ukrayna,müqavilə,Polşa,Varşava,todaypress.az,