Ukrayna Suriyanın sabitləşməsinə kömək edəcək

Dünya

02.01.2025 18:30

“Ukrayna Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra vəziyyəti sabitləşdirməyə kömək edəcək. Ukrayna taxılı Suriya vətəndaşlarına veriləcək”.

TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Suriya ilə bağlı keçirdiyi görüşdə bildirib.  

O, Suriyaya səfərlə bağlı Ukraynanın xarici işlər nazirləri və Ukraynanın aqrar siyasət nazirlərinin hesabatını dinləyib. 

“Biz Dəməşqdə aparılan danışıqların nəticələrini, təhlükəsizlik və iqtisadi perspektivləri müzakirə etdik. Ukrayna Suriyanın sabitləşməsi üçün bütün səylərə kömək edəcək. Biz Suriya administrasiyası və dəstək verməyə hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq üçün “Ukraynadan taxıl” proqramını quracağıq” deyə Zelenski qeyd edib.

O, əlavə edib ki, Ukrayna Suriyaya dəstəyin mümkün qədər güclü olması üçün Avropa ölkələri və ABŞ ilə əlaqə saxlayacaq. 

Günəş Mərd

tag: Suriya ,Ukrayna, Dəməşq ,Zelenski ,todaypress.az,