Ukrayna "Storm Shadow"la zərbə endirdi, yüzlərlə KXDR əsgəri öldü
Noyabrın 20-də Rusiya Prezident Administrasiyasının sanatoriyasının ərazisində yerləşən yeraltı obyektə endirilən zərbələr nəticəsində ölənlərin sayı açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə "Kanal 24" məlumat yayıb.
Ukraynanın "Storm Shadow" roketi ilə endirdiyi zərbə nəticəsində Rusiya və Şimali Koreya hərbçiləri arasında əhəmiyyətli itkilər baş verib.
Belə ki, bir rus generalı və 18 zabit həlak olub, daha 33 nəfər isə yaralanıb.
“Global Defense Corp”un jurnalistləri isə hücum nəticəsində 500 Şimali Koreya əsgərinin həlak olduğunu bildirib. Onlar Kursk vilayətində döyüşlərdə iştirak etmək üçün Rusiyaya gəlmişdilər.
Töhfə Səməd
tag: KXDR,Ukrayna,Rusiya,Storm Shadow,Əsgər,Həlak,todaypress.az,