Ukrayna “Storm Shadow”dan istifadə etdi: Moskva cavab atəşinə hazırlaşır

Dünya

21.11.2024 11:13

Noyabrın 20-də Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Britaniyanın “Storm Shadow” raketlərini Rusiyanın dərinliklərinə buraxıb. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Rusiyanın hərbi müxbirlərinin “Telegram” kanalında yaydığı məlumata görə, hücum Kursk vilayətinin, o cümlədən Marino kəndi ərazisində həyata keçirilib. Adı çəkilən bölgələrə ən azı 12 raket atıldığı məlum olub.

Bundan əvvəl noyabrın 19-da Rusiya Müdafiə Nazirliyi Bryansk vilayətinə uzaqmənzilli ATACMS raketi ilə ilk hücumu təsdiqləyib. Federasiya Şurası bildirib ki, Moskva cavab atəşinə hazırlaşır.

Töhfə Səməd

tag: Ukrayna, Britaniya,Storm Shadow, Raket, Moskva, todaypress.az,