Ukrayna Şimali Osetiyanı hədəfə aldı: Bölgəyə PUA hücumu edildi
Dünya
08.06.2024 14:51
"Ötən gecə səmamız üzərində üç ədəd pilotsuz uçuş aparatı zərərsizləşdirilib".
TodayPress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo deyib.
O, bildirib ki, Ukrayna PUA-larının hədəfi Mozdokdakı aerodromu sıradan çıxarmaq olub. S. Menyaylonun sözlərinə görə, ölən və xəsarət alan yoxdur.
Qeyd edilib ki, ümumilikdə 25 PUA zərərsizləşdirilib.
tag: Ukrayna, Osetiya, PUA,Hücum, Rusiya, Dünya, todaypress.az,