Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına hücum edildi - FOTO

Dünya

30.10.2024 13:10

Partlayışlar nəticəsində Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binasına ziyan dəyib.

TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk məlumat verib.

“Gecə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binalarından birinə zərbələr endirilib” deyə o, qeyd edib. 

Mosiyçuk öz teleqram hesabıında hadisə yerindən foto yayımlayıb.

Sabiq deputat baş verənlərlə bağlı başqa təfərrüat açıqlamayıb.

Günəş Mərd

tag: Kiyev, Ukrayna, Ali Rada, Baş Qərargah, Hadisə, todaypress.az,

photo