Ukrayna silah ixracına başlayacaq
Ukrayna hakimiyyəti prezident Volodimir Zelenskinin icazəsi ilə xaricə silah ixracına başlamağa hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə “Forbes Ukraine” məlumat yayıb.
Məlumata görə, silah ixracı üçün bir neçə variant nəzərdən keçirilir. Bunlara ixrac gəlirlərinin bir hissəsinin fonda yönəldilməsi və silahlara 20 faiz rüsum tətbiq edilməsi daxildir.
Qeyd edək ki, hazırda qanunla silah ixracı qadağan deyil, lakin istehsalçılar üçün lazımi icazələr verilmir. Müdafiə Sektoru üzrə İşəgötürənlər Federasiyasının rəhbəri İqor Fomenko bildirib ki, Ukrayna 2025-ci ilin mayında ixraca başlamaq qərarı verə bilər.
Bu addım Ukraynanın müdafiə sənayesinin gəlirlərini artırmaq və istehsal imkanlarını genişləndirmək məqsədi daşıyır.
Türkan İsgəndərli
tag: Ukrayna,Silah,İxrac,Zelenski,todaypress.az,