Ukrayna sərhəddə nəzarəti gücləndirdi
Ukrayna Sərhəd Xidməti Transkarpatiyada Macarıstan və Rumıniya ilə sərhəddə nəzarəti gücləndirib.
TodayPress xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.
“Trankarpatiyada nəzarət gücləndirilib, sərhədi qorumaq üçün əlavə qüvvələr yerləşdirilib. Sərhədçilər Rumıniya və Macarıstanla sərhəddə ən həssas əraziləri gücləndiriblər” deyə nəşr yazıb.
Eyni zamanda sərhəddə keşik çəkmək üçün pilotsuz uçuş aparatlarından və pilotlu təyyarələrdən istifadə edilməsi planlaşdırılır. Bu tədbirlərin cinayətlərin sayını azaltması və təhlükəsizliklə bağlı təhdidlərə operativ reaksiya verməyə imkan verəcəyi gözlənilir.
Ukrayna Sərhəd Xidməti nəzarətin gücləndirilməsinin konkret səbəblərini açıqlamayıb. Lakin sərhədin məhz bu hissəsinin ölkədən qeyri-qanuni çıxış üçün istifadə edildiyi güman edilir.
Qeyd edək ki, fevralın sonunda Ukrayna sərhədçiləri 16 sərnişinin olduğu avtobusu Ukrayna-Macarıstan sərhədində saxlayıblar. Məlum olub ki, onlar Ukraynanı qeyri-qanuni şəkildə tərk etməyə cəhd ediblər.
Töhfə Səməd
tag: Ukrayna,Sərhəd Xidməti,Transkarpatiya,Macarıstan ,Rumıniya,todaypress.az,