Ukrayna səmasında 30 PUA vuruldu

Dünya

13.08.2024 10:48

Ukrayna Silahlı Qüvvələri Rusiyadan atılan 38 “Şahed” PUA-sından 30-nu vurub.

TodayPress “Strana.ua”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

PUA-lar Nikolayev, Vinnitsk, Sumı, Kirovoqrad, Xerson, Çerniqov, Dneprepetrovsk və Çerkasski vilayətlərində zərərsizləşdirilib.

Rusiya, həmçinin iki ballistik raket (“İskəndər” və ya KN) atıb. Onları vurmaq mümkün olmayıb.

Nərmin Tuncay

tag: Rusiya,Ukrayna, PUA, Sumı, Xerson, todaypress.az,