Ukrayna səfiri Slovakiya XİN-ə çağırıldı
Dünya
30.01.2025 06:12
Slovakiyanın Xarici İşlər
Nazirliyi Ukrayna səfiri Miroslav Kastranı nazirliyə çağıraraq Kiyevin ölkənin
daxili işlərinə qarışmasına etirazını bildirib.
TodayPress xəbər
verir ki, bu barədə “Aktuality” portalı məlumat yayıb.
“Bu gün Xarici İşlər
Nazirliyi Ukraynanın Slovakiyadakı səfiri Miroslav Kastranı nazirliyə çağırıb”
portal qeyd edib.
Xatırladaq ki, bundan öncə Slovakiyanın Baş naziri Robert Fitso Volodimir Zelenskinin respublikadakı etirazlarla bağlı bəyanatını ölkənin daxili işlərinə qeyri-adekvat müdaxilə adlandırmışdı.
tag: Ukrayna, Slovakiya, XİN, Kiyev, Etiraz, Səfir, Nazir, todaypress.az,