Ukrayna Rusiyaya 30 günlük atəşkəs təklif etdi
Ukrayna Rusiya tərəfinə cəbhə bölgəsində 30 günlük atəşkəs elan etməyi təklif edib.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa "X"da yazıb.
Nazirin sözlərinə görə, atəşkəs “istənilən tarixdən etibarən 30 gün müddətinə” qüvvəyə minə bilər və bu təklifin arxasında real sülh niyyəti dayanır.
Sıbiqa, Ukraynanın davamlı sülhə sadiq qaldığını və bu atəşkəs təşəbbüsünün yalnız simvolik addım deyil, real qarşılıqlı razılaşma üçün təməl ola biləcəyini vurğulayıb.
Hazırda Rusiya tərəfi bu təklifə rəsmi cavab verməyib.
Türkan isgəndərli
tag: Rusiya,Ukrayna,Atəşkəs,Təklif,todaypress.az,