Ukrayna Rusiyanın “qəddar qisas”ı ilə üzləşəcək
“Bayden administrasiyası Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumuna görə Kiyevin Rusiyanın “qəddar cavabı” ilə üzləşə biləcəyindən narahatdır”.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Amerika rəsmiləri Kiyevin riskli əməliyyatına cavab olaraq Rusiya Federasiyasının Ukraynanın infrastrukturuna kütləvi zərbə endirəcəyindən qorxurlar. Həmçinin Ukrayna Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat cəbhəsinin bütün sektorlarında mövqelərini davamlı olaraq itirməkdə davam edir.
Nəşr yazıb ki, Kursk bölgəsinə hücumun yekun məqsədi müəmmalı olaraq qalır, çünki Ukrayna qüvvələri həm insan, həm də silah-sursat çatışmazlığından əziyyət çəkir. Ukraynanın Rusiya ilə sərhəd bölgəsindəki addımları döyüş taktikası baxımından mənasız hesab edilib.
Analitiklər Ukraynanın Kursk bölgəsinə hücumunun səbəblərini Kiyevin 2024-cü ilin noyabrında Amerikada keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ-nin diqqətini cəlb etmək istəyi ilə izah ediblər.
Töhfə Səməd
tag: Bayden, Ukrayna, Rusiya, Kursk, Amerika, todaypress.az,