Ukrayna Rusiyanın neft anbarlarına zərbələr endirdi

Dünya

29.08.2024 10:10

Avqustun 28-nə keçən gecə Ukrayna hərbçiləri Rusiyanın iki neft anbarına zərbələr endirib.

TodayPress xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.  

Rusiya Federasiyasının Rostov vilayətində yerləşən “Atlas” neft bazasına endirilən zərbə nəticəsində obyektin şaquli çənlərinin ərazisində yanğın baş verib. 

Yanğının nəticələrinin aradan qaldırılması üçün yanğınsöndürən maşınlar cəlb olunub.

Əməliyyat Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Müdafiə Qüvvələrinin digər komponentləri ilə birgə həyata keçirilib. 

Kirov vilayətindəki “Zenit” neft bazasına və Rusiya Federasiyasının Voronej vilayətindəki “Zapad” rus hərbi qrupunun səhra artilleriyasına da zərbələr endirilməsi barədə məlumatlar var. 

Hazırda zərbələrin təsirinin təfərrüatları dəqiqləşdirilir. 

Günəş Mərd

tag: Ukrayna, Zərbələr, Rostov, Atlas, Rusiya, todaypress.az,