Ukrayna Rusiyanın 4 yaşayış məntəqəsinə hücum etdi
Ukrayna ordusu Rusiyanın dörd yaşayış məntəqəsinə hücum edib.
TodayPress xəbər verir ki, bu barədə Belqorod vilayətinin
qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında yazıb .
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Belqorod
vilayətinin Şebekinski və Qrayvoronski şəhər rayonlarına hücum edib. İlkin məlumata
görə, xəsarət alan olmayıb.
“Murom kəndindəki Şebekinski şəhər rayonunda “FPV”
pilotsuz uçan aparatı avtomobili vurub. Partlayış nəticəsində avtomobilə ciddi
ziyan dəyib” o yazıb.
Aynur TAC
tag: Ukrayna, Rusiya, Belqord, Qladkov, todaypress.az,