Ukrayna Rusiyanın 18 gəmisini vurdu

Dünya

16.08.2024 17:15

1652

Ukraynanın hücum üçün "Magura V5" dəniz dronları bir il yarım ərzində Qara dənizdə 18 Rusiya gəmisini vurub.

TodayPress xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb. 
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən verilən məlumata əsasən, Krımdakı Qara dəniz donanması faktiki olaraq təslim olub.

Qeyd edək ki, “Magura V5” dəniz dronları 800 kilometrdən çox məsafə qət etməyə qadirdir. Onun sürəti 80 km/s, döyüş başlığı isə 250 kiloqramdır.

Töhfə Səməd

tag: Ukrayna, Magura V5, Dəniz Hücumu, Döyüş, PUA, todaypress.az,