Ukrayna Rusiyada silah anbarını vurdu
Dünya
19.09.2024 07:44
Ukraynaya
məxsus pilotsuz təyyarələr Tver vilayətinin Toropets şəhərindəki silah anbarına
kütləvi şəkildə hücum edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Zərbədən sonra
güclü yanğın və ardıcıl partlayışlar başlayıb, sakinlər təxliyə edilib.
Zərbələr o qədər ağır olub ki, ərazidə 2,8 bal gücündə zəlzələ qeydə alınıb.
Rusiya
Federasiyasının Səhiyyə Nazirliyinin məlumatına görə, pilotsuz uçuş
aparatlarının parçalarının düşməsi nəticəsində 13 nəfər orta dərəcəli
xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
tag: Ukrayna, Rusiya, Müharibə, Təyyarə, Tver,todaypress.az,