Ukrayna Rusiya, İran və Çinə qarşı yeni sanksiyalar tətbiq etdi
Dünya
20.09.2024 12:30
Ukrayna Rusiya, İran və Çindən olan şirkət və şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sənədlər imzalayıb.
Sənədlər Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı verdiyi təklifləri dəstəkləyir.
Onlardan biri üç ölkədən altı fiziki şəxsə və 40-dan çox şirkətə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Digər sənəd ilə Rusiyanın “Mayak” Gəmi İşıqlandırma Avadanlıqları Zavodu MMC-yə və Kazan Dövlət Toz Zavodu Federal Dövlət Müəssisəsinə qarşı sanksiyalar tətbiq edilib.
Günəş Mərd