Ukrayna Rusiya bölgəsini vurmağa çalışdı
Dünya
16.12.2024 10:25
Dekabrın 16-na keçən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) Bryansk vilayətinə zərbə endirməyə cəhd edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya sərhəd vilayətinin qubernatoru Aleksandr Boqomaz öz “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək sərhəd bölgəsinə hücum etməyə cəhd edib. İki PUA hava hücumundan müdafiə sistemlərini vurub.
Qubernator bildirib ki, USQ Rusiyaya təyyarə tipli dronlarla hücum etməyə cəhd edib. Onun məlumatına görə, xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Hadisə yerində əməliyyat və fövqəladə hallar xidmətinin əməkdaşları işləyir.
Töhfə Səməd
tag: Rusiya, Dron, Təyyarə, Ukrayna, todaypress.az,