Ukrayna Rusiya bölgəsinə PUA və raket atdı

Dünya

27.12.2024 09:42

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə pilotsuz təyyarələr (PUA) və raket zərbələri endirib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya sərhədyanı regionun hökuməti özünün “Telegram” kanalında məlumat yayıb.

“Ötən gecə hava hücumundan müdafiə qırıcıları Kursk vilayətinin səmasında Ukraynaya məxsus 3 təyyarə tipli PUA və bir raketi vurub. Müdafiəçilərimizə təşəkkür edirik!” mesajda deyilir.

Nəşr Ukrayna Silahlı Qüvvələrinin hücum cəhdi ilə bağlı başqa məlumat vermir. Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində bölgə üzərində 3 pilotsuz uçuş aparatı vurulub. Bundan başqa Belqorod, Bryansk və Həştərxan vilayətləri də hücuma məruz qalıb.

Töhfə Səməd

tag: Rusiya ,Raket ,PUA,Ukrayna, todaypress.az,