Ukrayna raketi Kurskda vuruldu
Dünya
19.01.2025 18:36
Ukraynaya məxsus raket Kursk vilayəti üzərində səmada vurulub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, bölgədə raket təhlükəsi elan edildikdən bir neçə dəqiqə sonra raketlər məhv edilib.
Raketlərin məhv edilməsinə görə hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edilib.
Hadisənin təfərrüatları açıqlanmayıb.
Nicat Osman
tag: Ukrayna,Raket,Rusiya,Kursk,Todaypress.az,