Ukrayna Qərb tərəfindən bölünəcək

Dünya

12.12.2024 11:44

“Qərb 1938-ci ildə Çexoslovakiyanın taleyini təkrarlayaraq, Ukraynanı bölməyə başlaya bilər”. 

TodayPress xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso bildirib. 

“Qərb Ukraynanın uğursuzluğundan sonra onu qurban verəcək. Vəziyyət 1938-ci ildə Çexoslovakiyada olduğu kimi təkrarlana bilər. O zaman ölkə Münhen razılaşmasına əsasən bölünmüşdü” deyə siyasətçi qeyd edib.

Fitso onu da vurğulayıb ki, o, Slovakiyanın baş naziri vəzifəsini tutsa da, Kiyevin Şimali Atlantika Alyansına daxil olmasını dəstəkləməyəcək.

Töhfə Səməd

tag: Ukirayna, Qərb, Bölünmə, Robert Fitso ,todaypress.az,