Ukrayna qazın tranziti ilə bağlı Avropaya şərt qoydu

Dünya

30.08.2024 14:04

"Ukrayna 2025-ci il yanvarın 1-dən Rusiya qazını Avropaya tranzit etməyəcək, lakin digər ölkələrin enerji resurslarını Rusiya ərazisindən təmin etməyə hazırdır".

TodayPress xəbər verir ki, bunu Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Hər hansı bir Avropa ölkəsi Qazaxıstan və ya Azərbaycan qazını almağı zəruri hesab edərsə, müvafiq logistika, hüquqi baza və müqavilə şərtləri olarsa, Ukrayna onu tranzit etməyə hazırdır” deyə Podolyak qeyd edib.

O, Ukraynanın mövcud vəziyyətə baxmayaraq, gələn ilin əvvəlində başa çatacaq hazırkı müqavilələri birtərəfli qaydada ləğv edə bilməyəcəyini vurğulayıb.

Töhfə Səməd

tag: Ukrayna, Qaz, Tranzit, Rusiya, Qazaxıstan, Avropa, todaypress.az,