Ukrayna Qazaxıstanla hərbi əməkdaşlığı artırır
Ukrayna 2014-cü ilə qədər Rusiyadan alınmış paraşüt əyləc sistemlərinin tədarükçülərini axtarmağa davam edir. Bu məqsədlə Ukraynanın “Ukrspetsexport” şirkəti Qazaxıstanın “Orken Alem” şirkəti ilə əlaqə yaradıb.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru məlumat yayıb.
Məlumata görə, Ukrayna Qazaxıstanın hərbi sursat istehsalında ixtisaslaşan "Orken Alem" şirkətindən Su-24 və Su-25 döyüş təyyarələri üçün “PTK-6M” və “PTK-25sk” paraşüt əyləc sistemləri almağa qərar verib.
Hazırda tərəflər lazımi hissələrin istehsalının təşkili imkanlarını müzakirə edirlər.
Qeyd edək ki, təyyarənin enişi zamanı uçuşun uzunluğunu azaltmaq üçün paraşüt əyləc sistemləri istifadə olunur.
Günəş Mərd
tag: Ukrayna, Qazaxıstan, Rusiya, Orken Alem, PTK-6M, todaypress.az,