Ukrayna qaz tranzitinin Avropaya uzadılması şərtini qoydu
2025-ci
il yanvarın 1-dən Ukrayna qaz tranzitinin Avropaya uzadılması şərtini qoyub.
TodayPress xəbər verir ki, bunu
Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Ukrayna Rusiya qazının Avropaya tranzitini uzatmayacaq, lakin Rusiya Federasiyasının ərazisindən digər ölkələrdən enerji resurslarını tədarük etməyə hazır olduğu vurğulanıb.
“Hər
hansı bir Avropa ölkəsi Qazaxıstan və ya Azərbaycan qazını almağı zəruri hesab
edərsə, müvafiq logistika, hüquqi baza və müqavilə şərtləri olarsa, Ukrayna onu
tranzit etməyə hazırdır- Podolyak qeyd edib.
O,
Ukraynanın mövcud vəziyyətinə baxmayaraq, gələn ilin əvvəlində başa çatacaq
hazırkı müqavilələri birtərəfli qaydada ləğv edə bilməyəcəyini vurğulayıb.
Aynur TAC
tag: Zelenski,Rusiya, Ukrayna,Qazaxıstan, Avropa,todaypress.az,