Ukrayna qaz tranziti üzrə Aİ-Slovakiya işçi qrupunda iştirak etməyəcək
Dünya
10.01.2025 17:38
Ukrayna Slovakiya və Avropa İttifaqı tərəfindən yaradılacaq qaz tranziti məsələləri üzrə işçi qrupunda iştirak etməyəcək.
TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirdiyi brifinqdə bildirib.
Yanvarın 9-da Slovakiyanın baş naziri Robert Fitsonun iştirakı ilə Brüsseldə keçirilən məsləhətləşmələrdən sonra qrupun yaradılması elan edilib.
"Yüksək səviyyəli işçi qrupu texniki səviyyədə olacaq və biz onun yaxın həftələrdə mümkün qədər tez işə başlamasını gözləyirik. Qrupa Aİ və Slovakiyadan yüksək səviyyəli rəsmilər daxil olacaq" İtkonen bildirib.
Ukraynanın orada iştirak edib-etməyəcəyi sualına cavab olaraq, o, Avropa Komissiyasının Ukrayna tərəfi ilə daim əlaqə saxladığını deyib.
Töhfə Səməd
tag: Ukrayna ,Solavakiya ,Qaz, Brüssel, todaypress.az,