Ukrayna qadınların səfərbərliyindən imtina etdi

Dünya

09.01.2025 15:00

Ukrayna Ali Radası qadınları səfərbər etməkdən imtina edib. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı  “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, parlament onun düzəlişini qəbul edib və ilkin hərbi təhsili qadınlar üçün tamamilə könüllü edib. Bundan əlavə, Ali Rada qadınların da yalnız könüllü olaraq orduda qeydiyyata alınmasına qərar verib. Qonçarenkonun sözlərinə görə, bu düzəlişin lehinə 273 deputat səs verib.

Deputat həmçinin məlumat verib ki, Ukrayna parlamenti ilkin hərbi hazırlıq haqqında qanun layihəsinə baxmağa başlayıb.

Günəş Mərd

tag: Rada ,Ukrayna, Səfərbərlik ,Qadın, todaypress.az,