Ukrayna PUA-sı Rostovda neft bazasını vurdu

Dünya

13.07.2024 10:18

Rusiyanın Rostov vilayətində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində neft bazası yanıb.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə qubernator Vasili Qolubev məlumat yayıb. 

“Saat 04:00 radələrində PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib” deyə o, bildirib. 

İlkin məlumatlara əsasən ölən və yaralananların olmadığı açıqlanıb.

Qubernatorun sözlərinə görə, yanğına üçüncü dərəcə təyin edilib. Alovun ram edilməsi üçün 49 nəfər və 14 texnika cəlb olunub. 

Töhfə Səməd

tag: Ukrayna, Rostov, PUA, Qubernator, Hücum, todaypress.az,