Ukrayna PUA hücumuna keçdi: Rusiyanın 4 kəndi boşaldıldı
Ukrayna ordusu PUA-larla Lipetsk vilayətindəki aerodromlara hücum edib.
TodayPress xəbər verir ki, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov deyib.
Onun sözlərinə görə, ən azı 9 nəfər yaralanıb.
Zərbə nəticəsində enerji infrastrukturu zədələnib və bu da elektrik enerjisinin kəsilməsinə səbəb olub. Dörd yaşayış məntəqəsi - Koptsevı Xutor, Fedorovka, Yakovlevka və Tynkovkadan əhali təxliyə edilib.
Nərmin Tuncay
tag: PUA,Ukrayna, Rusiya, Hücum,Aerodrom, todaypress.az,