Ukrayna Polşaya etiraz edəcək

Dünya

18.09.2024 16:50

2055

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa boksçu Aleksandr Usikin Krakov hava limanında saxlanılması ilə əlaqədar Polşaya etiraz notası göndərmək niyyətində olduğunu açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “Ukraynskaya Pravda” nəşri məlumat yayıb. “Ukraynanın baş konsulu mənə təfərrüatları dedi. Biz çempionumuza qarşı bu cür hərəkətləri qərəzli və qəbuledilməz hesab edirik. Tezliklə Polşa tərəfinə müvafiq notanı göndərəcəyik” deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Sibiqa əlavə edib ki, o, Usikin saxlanmasına dərhal reaksiya verib və onun azad edilməsi üçün çalışıb.

Xatırladaq ki, sentyabrın 17-də boksçu Aleksandr Usik Polşa hava limanında saxlanılıb.

Töhfə Səməd

tag: Ukrayna ,Polşa ,Aleksandr Usik ,Sibiqa,Ukrayna Xarici İşlər Nazirliyi ,todaypress.az,